Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən olan milli-mədəni fəal Əşkan Səadətmehr barəsində həbs qərarı çıxarılıb.
Bununla yanaşı, Səadətmehr barəsində “hökumətə qarşı təbliğat” ittihamına görə yeni cinayət işi açılıb.
Qeyd edək ki, Ə.Səadətmehr cari ilin sentyabrın 20-də saxlanılıb, təhlükəsizlik təcridxanasında dindirildikdən sonra sentyabrın 26-sı Urmu həbsxanasına köçürülüb.
O, bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib və məhkumluq dövrü yaşayıb.