Urmulu milli fəal müvəqqəti azadlığa buraxılıb

by Samir Asadli

rmulu-milli-f-al-m-v-qq-ti-azadl-a-burax-l-b-0-1672649001Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərindən olan milli fəal Səid Mahmudi 300 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Yanvarın 1-də Təbriz həbsxanasından sərbəst buraxılan fəala qarşı hansı ittihamların irəli sürüldüyü bəlli deyil.

Mahmudi, hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı tələbə Aylar Həqqinin dekabrın 27-də Təbrizdə keçirilən  40 mərasiminə qatıldığı üçün həbs edilib.

Qeyd edək ki, Təbrizin “Vadi rəhmət” qəbristanlığında Aylar Həqqinin 40 mərasimi zamanı hökumət məmurları ilə mərasim iştirakçıları arasında qarşıdurma olub və Aylar Hqqinin valideynləri də daxil olmaqla 10-dan çox adam saxlanılıb.

Güney Azərbaycanın müxtəlif şəhərlərindən 40 mərasiminə toplaşan azərbaycanlılar “Azərbaycan yatmayıb, Aylarını atmayıb”, “Azadlıq, Ədalət, Milli Hökumət” və türkcə başqa milli şüarlar səsləndiriblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK