Qərbi Azərbaycan əyalətinin Urmu (Urmiya) şəhərinin həbsxanasında saxlanılan siyasi məhbus Hamid Qaraoğlani yanvarın 15-dən aclıq aksiyası keçirir.
Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı ildə saxlanılıb, 28 sentyabr 2020-cı ildə Urmu İnqilab Məhkəməsinin 2 saylı bölməsində mühakimə olunub.
O, “ABŞ, və İsrailə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbəri təhqir etmək”də, “Qasım Süleimaninin şəklini cırmaq”da günahlandırılıb.
Azərbaycanlı məhbusun barəsində çıxarılan edam qərarı sonradan 13 il həbs cəzasına dəyişdirilib.
Qaraoğlani barəsində irəli sürülən ittihamların əsassız olduğunu və ondan işgəncə altında məcburi etiraf alındığını bildirib.