Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində taksi sürücülərinin növbəti etiraz aksiyası keçirilib.
Onlar qanunla nəzərdə tutulmuş hüquqlarının tapdalandığını bildirib.
Narazı sürücülər inflyasiyanın və yoxsulluğun səviyyəsinin artdığı vaxtda gediş haqlarının artırılmasını pisləyiblər.
Qeyd ediblər ki, qiymət artımı sərnişinlərlə sürücülər arasında narazılqlar yaradıb.
Sürücülər bildirib ki, taksilər üçün nəzərdə tutulan yanacağın, ehtiyat hissələrinin və supsidiyaların verilməsində uzun müddətli gecikmələr onları ağır duruma salıb.
Etirazçılar sərnişinlərlə sürücülər arasında problemlərin yaranmaması, hər iki tərəfin hüquqlarının qorunması üçün hakimiyyət tərəfindən vəd olunan subsidiyaların verilməsini tələb ediblər.