Urmunun məşhur voleybol klubu ləğv edildi

by Samir Asadli

Qərbi Azərbaycan əyaləti Urmiyada fəaliyyət göstərən “Durnalar” Voleybol Klubu ləğv edilib.

Bu barədə yerli mediası məlumat yayıb.

Qeyd edilib ki, klubun ləğv edilməsinin səbəbi maliyyə problemləri olub.

İdman və Gənclər Nazirliyi və başqa əlaqədar dövlət idarələri klubun maliyyə problemlərinin həlli üçün heç bir iş görməyiblər.

Bu, “Durnalar” komandasının voleybol üzrə birinci liqada 9 qələbə və 2 məğlubiyyətlə öz qrupunda ikinci pillədə qərarlaşması yüksək liqaya qalxmaq üçün ən şanslı komanda hesab edilidiyi bir vaxta təsadüf edib.

Klub fəaliyyətini dayandırması ilə bağlı bəyanat yayıb və urmululardan, klub üzvlərindən üzr istəyib.

Bildirib ki, bu addımı məcburiyyət qarşısında atıblar.

Qeyd edək ki, güclü komandalarına və ulduz oyunçularına, İran və Asiya çempionatındakı çox saylı qələbələrinə görə Urmu İran voleybolunun paytaxtı adlanır.

Urmunun voleybol klublarının oyunçuları İranın milli yığma komandasında olmaqla yanaşı dünyanın müxtəlif tanınmış klublarında da çıxış edirlər.

Bu günə kimi bütün beynəlxalq voleybol yarışlarında İranın əldə etdiyi medalların çoxunluğu Urmu şəhərinin voleybol klublarının əməyi nəticəsində qazanılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK