Urmu şəhərinin İran parlamentindki nümayəndəsi Salman Zakir çörəyin qiymətinin bahalaşdırılmasını tənqid edib.
O, hakimiyyətə bundan əvvəl xalqın süfrəsini zənginləşdirmək və məişət problemlərini aradan qaldırmaq barədə vədlərini xatırladıb.
Son günlər İranın 13 əyalətində çörəyin qiyməti artıb və rəsmilərin dediyinə görə, avqustun 20-ə kimi ölkənin bütün bölgələrində çörəyin qiyməti 40% bahalaşacaq.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi bir müddət öncə çörəyin qiymətinin bahalaşmasının hökumətin qırmızı xətti olduğunu və buna yol verilməyəcəyini demişdi.