Urum Xəzərdən sonra dünyanın ən böyük gölü və təbiətin nadir möcüzələrindən biridir.

by Samir Asadli

İlham Cəfərsoy

U R U M  G Ö L Ü

Urum Xəzərdən sonra dünyanın ən böyük gölü və təbiətin nadir möcüzələrindən biridir. 30 ildir ki, molla rejimi onu qurutmaqla məşğuldur. Yalnız ona görə yox ki, suların altında qimıtli metallar vardır. Suları qurutmadan da onları çıxardıb əritmək olar. Ekologiya mütəxəssisləri bu vandallığın səbəbini tapmaq üçün neçə ildir baş sındırırlar. Ancaq tapa bilmirlər. Çünki problemin arxasında ekoloji yox, siyasi motivlər dayanır. Səbəb odur ki, farsların Urmiya adlandırdıqları Urum gölü və sahilindəki Urum şəhəri Türkçülüyün beşiyidir. Türk xalqları minilliklər boyu qoşun yığıb Urum gölünün ətrafında toplaşmış, ordularını səfərbər etmiş, buradan hərəkət edərək İranı diz üstə çökdürmüş, yunanları məğlub etmişlər. Bizim Aran alpları er.əv.28-ci əsrdə, Oğuz xan er.əv.23-cü əsrdə Urum gölü ətrafından qoşun yeridərək Misiri, Fələstini tutmuşdur. Alp Aranın övladları Nil vadisində 511 il, Oğuz xanın və Avar xanın övladları 600 il Misirdə firon olmuşdur. Çalmasından müsəlmana, saqqalından erməniyə bənzəyən molla qonşularımız bunu bilirlər, biz bilmirik. Ona görə bilmirik ki, öz tariximizi özümüz yazmamışıq. Özgələrin özləri üçün yazdıqları tarixi əzbərləmişik. Urumlar gölə adını verən ən qədim Türk xalqlarından biridir. Onların çoxu minilliklər boyu döyüşlərdə öldürülmüş, az bir qismi romeyləri tabe edib Azov dənizi vadisinə köçmüşdür. Onlar birlikdə 24 kənddir. Kəndin 12-si roman dillərinin arxaik bir ləhcəsində, 12-si türkcə danışır. Mən 76-cı ildə onların yaşayış məşkənlərini kəndbəkənd gəzmişəm. Urumlar xristian olsalar da, rusları, yunanları yox, bizi sevirlər. Ulu Tanrıya şükürlər olsun. Tale uzun illər ötəndən sonra üzümüzə gülməyə başlayıb. Yaxın illərdə Turan birliyi reallaşacaq. Biz rusların, yunanların bizdən uzaq saldığı Azov urumlarını, qaqauzları, karayları, krımçakları, qumuxları, qaraçay və balkarları Azərbaycana və Türkiyəyə yaxınlaşdırmalıyıq. Avarlar bizim qan qardaşlarımızdır. Bu qardaşlığı özündə sirr olaraq saxlayan Aramey kitabələrini, qədim Misirin papirus mətnlərini türkoloji tədqiqatın obyektinə çevirməliyik. Qohumbazlığı, yerlibazlığı bir kənara atıb dövlət və millət üçün çalışmalıyıq.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK