“Uşaqlar üçün incəsənət tarixi”

by Samir Asadli

Milli İncəsənət Muzeyində  “Uşaqlar üçün incəsənət tarixi” adlı yeni  layihə öz işinə başlayıb. İlk proqramda qədim dünyanın ən zəngin sivilizasiyalarından biri olan  “Qədim Misir incəsənəti” nə xas nümunələr göstərilib. Uşaqlara Misir incəsənətinin tarixi, əzəmətli piramidaları, fironların sirli dünyasından bəhs edən mühazirə keçirilib. Daha sonra onlar ustad dərsində məşhur Misir fironlarından Tutanhamonunun və kraliça Kleopatranın maskalarını, geyimlərinin mühüm atributlarından olan sinə bəzəyi-pektoral hazırlayıblar. Maarifləndirici viktorina və  əyləncəli oyunlar uşaqların həftəsonu proqramını daha da yaddaqalan edib.

Xatırladaq ki, “Uşaqlar üçün incəsənət tarixi” layihəsi hər həftənin şənbə və bazar günləri keçiriləcək. Layihə çərçivəsində uşaqlar sərgüzəştlərlə dolu sənət dünyasına qərq olacaq, müxtəlif dövrlərə səyahət edəcəklər. Azərbaycan və dünya incəsənətinin əhatə olunduğu layihədə balacalar ta qədimdən bu günümüzədək incəsənət tarixi haqqında yeni biliklər əldə edəcək, mühazirələr dinləyəcək, tarixə və mədəniyyətə  təsir göstərmiş şah əsərlərlə tanış olacaqlar. Həmçinin, buraya tematik ekskursiyalar,  filmlər, ustad dərsləri, bir-birindən əyləncəli viktorina və oyunlar daxildir.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK