Vədud Əsədi Rəşt məhkəməsində ittihamlardan bəraət alıb

by Samir Asadli

Bir il davam edən məhkəmə işindən sonra Vədud Əsədi Rəşt məhkəməsində ona yönəldilən ittihamlardan bəraət alıb

Bu barədə fəal özünün sosial media hesabında yazıb.

“Bir il ərzində məhkəmədə çoxlu mübahisələrdən və çoxsaylı araşdırmalardan sonra bu iş nəhayət bəraət hökmü ilə nəticələndi.”- deyə payaşımda qeyd edilib.

Bu işin son illərdə ona qarşı açılan işlərdən yalnız biri olduğunu deyən Əsədi təhlükəsizlik və məhkəmə qurumlarının fəaliyyətini tənqid edib.

Vədud Əsədi İnformasiya Nazirliyinin ona qarşı yönəltdiyi üç il əvvəlki ittihamı da xatırladıb və o işlə bağlı hələ də ədalətli qərar verilməsini gözlədiyini bildirib

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK