Güney Azərbaycanın Vərziqan şəhəri milli fəalları bəyanat yayaraq 27.08.2023-cü il tarixində keçiriləcək etiraz aksiyasına qoşulacaqlarını bildiriblər.
Biz bildiririk ki, Vərziqan və Təbriz şəhərlərində Urmu Gölünün qurudulmasına və Vərziqan bölgəsinin qızıl-mis yataqlarının talanmasına keçiriləcək etiraz aksiyasına qoşulacayıq.”.
Bəyanatın davamında Vərziqan bölgəsi Süngün Mis Zavodunun işçisi milli fəal İsmayıl Heydərinin Vərziqan məhkəməsi hakimi tərəfindən hökm çıxarılaraq saxlanılmasına toxunulub.
“Fars kolonialistləri Azərbaycanın hüquqlarını dilinə gətirmiş İsmayıl Heydərini həbsə salır. Lakin bilməlisiniz ki, biz İsmayıl Heydərini təmsil edərək onun saxlanılmasına etirazımızı bildirəcəyik.
Siz bu metodlarla Qaradağlı Səttarxanın oğullarını susdura bilməyəcəksiz. Qızıl-mis sərvətlərimizi talayır, örüşlərimizi sianura bələyir və qurudursunuz. Bununla da Vərziqan oğullarını iş tapıb bir tikə çörək dalınca Tehrana və İsfahana getməyə məcbur edirsiz.
Etiraz olaraq, Süngün Mis Zavodunun işçiləri Azərbaycan xalqı ilə birlikdə Təbriz və Vərziqanda 27.08.2023-cü il tarixində keçiriləcək etiraz aksiyasına qoşulacaqlarını bildirir.”-deyə milli fəalların bəyanatında qeyd olunub.