Məşhur holland rəssamı Vinsent van Qoqun yağlı boya ilə çəkdiyi “Ulduzlu gecə” rəsm əsərini, yəqin ki, bir çoxlarınız tanıyırsınız. Rəssam dostu Qoqen arasında yaşadığı problemlərdən sonra 1889-cu ildə könüllü ü Fransanın Sen-Remo-de-Provans şəhərindəki ruhi xəstələrin müalicə edildiyi sanatoriyaya yollanır.
Bir gün burada Van Qoq səhərədək oyaq qalır və birdən yatağından qalxaraq pəncərəyə tərəf üz tutur. Rəsm əsərində də görürük ki, o pəncərədən çölə boylanaraq sərv ağacının səmaya doğru yüksəldiyini, ayın buludların arasında gizləndiyini və ulduzların sayrışdığını seyr edib. Külək əsdikcə isə sərv ağacı dəniz kimi dalğalanırdı…
Sayrışan ulduzlar, sanki, onun düşüncələrini “işğal edirdi”. O, həmin gecə ulduzları izləyərək öz hiss və düşüncələrini kətan üzərinə həkk etməyi qərara aldı. O, sabah mütləq “Ulduzlu gecə”ni çəkməli idi.
Beləliklə, dahi rəssamın ən məşhur əsərlərindən biri – “Ulduzlu gecə” yarandı. Əsər hazırda Nyu-York Müasir İncəsənət Muzeyində qorunub saxlanılır.
Leyla HADİ, tələbə-jurnalist