Hava temperaturunun kəskin artması və dəniz sularının buxarlanması səbəbindən Xəzər Dənizini də qarşıdakı illərdə quruma və məhv olma təhlükəsi gözləyir. Bunu Modist İnfromasiya Bazası bildirib.
“Ekspertlərin fikrincə, su səviyyəsinin azalması indiki minvalla davam edərsə, Xəzər dənizi 2050-ci ildə tamamilə quruyacaq. Belə ki, Xəzər dünyanın qapalı dənizləri sırasındadır və suyu yağışlardan təmin olunur” – deyə tədqiqatda iştirak etmiş Təbiəti Qoruma Beynəlxalq Birliyin üzvü İman Qəduri bildirib.