Yanvarın 2-də Ərdəbil əyalətinin Xalxal şəhərində səhnəyə çıxarılan fars dilində “Axərin name” (Sonuncu məktub) tamaşasının nümayişi dayandırılıb.
Tamaşaçı rəğbətinin olmaması onun növbəti gün nümayişinin dayandırılmasına səbəb olub.
Qeyd edək ki, bundan öncə Azərbaycan türkcəsində olan “Çay” tamaşası da Xalxalda səhnəyə çıxarılmışdı.
Yalnız dekabrın 24-də bir dəfə səhnəyə çıxarılması nəzərdə tutulan tamaşa Azərbaycan dilində olduğu üçün xalxallılar tərəfindən rəğbətlə qarşılanmış və daha 4 gün səhnələşdirilməsinə qərar verilmişdi.