“XIX-XX əsrin əvvələrində Qarabağ və Şərqi Zəngəzurda sənətkarlıq və ticarət” adlı kitab işıq üzü görüb

by Samir Asadli

AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Solmaz Məhərrəmovanın “XIX-XX əsrin əvvələrində Qarabağ və Şərqi Zəngəzurda sənətkarlıq və ticarət” kitabı çapdan çıxıb.

Kitab AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunub.

Monoqrafiya XIX-XX əsrin əvvəllərində Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında Qarabağ və Şərqi Zəngəzurun (indiki Laçın, Qubadlı, Zəngilan və Kəlbəcər inzibati rayonları) sənətkarlıq və ticarətinə həsr olunmuş ilk fundamental əsərdir. Burada XIX-XX əsrin əvvəllərində Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarına aid çoxsaylı məxrəzlər, habelə həmin bölgələrin XX əsrin 90-cı illərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmış sakinlərinin məlumatları və müəllifin şəxsi müşahidələri əsasında çoxsaylı sənətkarlıq sahələri və sənətkarlıq məlumatları, onların hazırlanmasında istifadə edilmiş əmək alətləri, sənətkarlıqla bağlı xalq adət və mərasimləri tədqiqata cəlb edilib.  Bu materialların böyük əksəriyyəti ilk dəfə məhz müəllif tərəfindən üzə çıxarılaraq işlənilib, bununla da Azərbaycanın tarixi etnoqrafiyasının mənbə bazası yeni faktlarla zənginləşdirilib.

Nəşrin redaktoru mərhum akademik Teymur Bünyadv, rəyçiləri isə tarix üzrə fəlsəfə doktoru, dosent Tofiq Babayev, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi İsmayıl Umudovdur.

Kitab tarix, etnoqrafiya, mədəni antropologiya, sənətşünaslıq, folklorşünaslıq, şifahi xalq yaradıcılığı, xalq mərasimlər və s. ilə maraqlananlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK