Xiyavda sosial media fəalı həbs edildi

by Samir Asadli

Xiyav (Meşkgin) şəhərində sosial media fəalı həbs edilib.

Bu barədə şəhər prokuroru Babək Nonəhal açıqlama verib.

Prokurorun açıqlamasında saxlanılan şəxsin “İran İslam Respublikasının əsaslarını və siyasi xadimlərini təhqir edən material dərc etmək” günahlandırıldığını deyib.

Nonəhal saxlanılan şəxsin kimliyi və hara aparıldığı barədə məlumat verməyib.

Həbs edilən azərbaycanlının Helikopter qəzası və İbrahim Rəisinin həlak olması ilə bağlı paylaşım etdiyinə görə cəzalandırıldığı ehtimal olunur.

Qeyd edək ki, İbrahim Rəisinin ölüm xəbəri ilə bağlı məlumatlar yayan, şənlik edən yüzlərlə şəxs və sosial media fəalı saxlanılıb, çox sayda sosial media kanalı bağlanıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK