Xoy şəhərinin “Qala qapısı” tarixi hadisələrin şahididir

by Samir Asadli

“Qala qapısı” adlandırılan abidə Elxanilər çağında tikilib.

Abidə Elxanilər dövləti zamanı şəhərə giriş-çıxış darvazası olub. Hazırda Güney Azərbaycanın görməli və tarixi məkanı olaraq çoxlu turistləri özünə cəlb edir.

Darvaza çoxlu tarixi olaylara məruz qalıb. O cümlədən, ermənilər asorilərlə (Cilolular) birgə iddialarına görə böyük erməni-xristian dövləti yaratmaq mqəsədi ilə 1918-ci ildə Andranik Uzaniyanın başçılığı ilə Xoy şəhərinə həmlə edərək Cilovluq faciəsini (Güney azərbaycanlıların soyqırımı) törədiblər.

Həmin vaxt Osmanlı dövləti azərbaycanıları müdafiəyə qalxmış və daha böyük faciələrin qarşısını ala bilmişdir. Ermənilərin həmləsi zamanı abidənin üzərində mərmi izləri hələ də müşahidə olunur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK