Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində su qıtlığı və uzun müddətli kəsintilərinə etiraz olaraq fərmandarlıq binasının həyətində aksiya keçirilib.
Etirazçı qadınlar uzun müddətli su kəsintilərindən narazılıqlarını bildirmək üçün paltar və qab-qacaqları Xoy şəhərinin fərmandarlığı həyətinə toplayıb və orada yumağa çalışıblar.
Fərmandarın etirazçı qadınlarla görüşdən imtina etdiyi və onlara qarşı zor tətbiq edilərək fərmandarlıq binasından çıxarıldıqları bildirilir.