Xoyda yenidən zəlzələ oldu

by Samir Asadli

İranın seysmoloji mərkəzinin məlumatına görə, Xoy şəhərində Rixter cədvəli üzrə 4,5 bal gücündə yenidən zəlzələ baş verib.

Bildirilir ki, sonuncu yeraltı təkan yerli vaxtla saat 18:11-də yerin 8 kilometr dərinliyində qeydə alınıb.

Yeni zəlzələnin fəsadları barədə araşdırmalar aparıldığı, bölgələrə yardım dəstələrinin göndərildiyi bildirilir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK