Güney Azərbaycanın Xoy şəhərində yanvarın 28-i baş verən 5.9 bal gücündə zəlzələdə zədələnən evlərin ümumi sayı 13200-ə çatıb.
Onun sözlərinə görə, 21500 ev mütəxəssislər tərəfindən yoxlanılıb.
Zərər görən evlərin 2120-i yenidən tikilməli, 11,100 ev isə təmir edilməlidir.
Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200 nəfərdən çox insan yaralanıb.
Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.