Xoyda zəlzələdən zərər görən evlərin son statistikası

by Samir Asadli

Güney Azərbaycanın Xoy şəhərində yanvarın 28-i baş verən 5.9 bal gücündə zəlzələdə zədələnən evlərin ümumi sayı 13200-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə fevralın 8-də Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun başçısı Cəfər Bərzgər deyib.

Onun sözlərinə görə, 21500 ev mütəxəssislər tərəfindən yoxlanılıb.

Zərər görən evlərin 2120-i yenidən tikilməli, 11,100 ev isə təmir edilməlidir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK