Xoylulara dəstək çağırışından sonra futbolçunun bank hesabı bağlandı

by Samir Asadli

“Persepolis” futbol klubunun azərbaycanlı baş məşqçisi Kərim Bağiri zəlzələdən zərər çəkənlərə yardımı toplamaq üçün bank hesabının nömrəsini açıqlamasından iki saat keçməmiş, onun bank hesabı bağlanıb.

İranın bu addımı hökumət strukturundan və hökumətə bağlı olan xeyriyyə birliklərinin mafiya qruplarından kənarda ictimai ianələrin toplanmasını praktiki olaraq qeyri-mümkün edib.

Qeyd edək ki, Xoy və ətraf bölgələrdə əhalinin durumunun acınacaqlı olmasına baxmayaraq, Tehran hökuməti Türkiyənin Qızıl Aypara Cəmiyyətinin də dəstək müraciətini rədd edib.

Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200-ə yaxın insan yaralanıb. İlkin məlumata görə, 3,5 min evə ziyan dəyib.

Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK