Yardıma tələsən qadın – GÜNÜN FOTOSU

by Samir Asadli
Azərbaycanlı qadının qarlı-çovğunlu havada başının üzərində yorğan-döşək bağlaması ilə Türkiyəyə yardım apardığını əks etdirən görüntü hər kəsə qürur hissi yaşadıb.
Bakupost.az xəbər verir ki, həmin görüntü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Türkiyənin yardıma tələsən həmin xanım Yardımlı rayonundandır.
Qeyd edək ki, qardaş ölkədə baş verən dəhşətli zəlzələ Türkiyə ilə birlikdə Azərbaycan xalqını da kədərləndirib. Dövlət səviyyəsində yardımdan əlavə, Azərbaycanda hər kəs əlindən qardaş ölkəyə gələn köməyi əsirgəmir. Fotodan da göründüyü kimi, bu çətin günlərdə əksər azərbaycanlılar türkiyəli bacı-qardaşlarımıza dəstək olmağa çalışır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK