Yarım əsr Sumqayıt səhnəsində

by Samir Asadli

Respublikanın Əməkdar artisti Növ­rəstə Həşimova 50 ildir ki, Sumqayıt Dövlət Dram Teatrının aparıcı səhnə us­tasıdır. 

Növrəstə xanım kiçik yaşlarından dram və musiqi dərnəklərinə gedib, xalq teatrlarında maraqlı obrazlar ya­radıb. Sonra o vaxtkı Azərbaycan Döv­lət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib. 1973-cü il­dən Sumqayıt teatrında çalışır.

Yubiley tədbirində qeyd olunub ki, Sumqayıt teatrında işlədiyi dövrdə N.Hə­şimova milli dramaturqların əsərlərində yaratdığı obrazlarla yanaşı, əcnəbi müəl­liflərin pyeslərinin tamaşalarında yad­daqalan obrazlar yaradıb. Onun qəhrə­manları öz təbiiliyi, xarakterik cizgiləri ilə seçilir. Növrəstə Həşimovanın musiqini və rəqsi bilməyi onun oyun tərzinə dina­mika verir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK