
Bu fikirləri Bakupost.az -a politoloq Cümşüd Nuriyev söyləyib.
O vurğulayıb ki, sərhədlər geri çəkiləndə Lars yolu Azərbaycanın nəzarətinə keçir:
“Azərbaycan istənilən vaxt işğalda olan bu kəndlərə hücum edib erməniləri oradan çıxara bilər. Hətta ola bilsin, ordu yaxın bir-iki ay ərzində həmin kəndləri geri qaytaracaq. Çünki Azərbaycan Laçın yolunda bu məsələndə bunu edib. İkinci dəfə Qazax istiqamətində bu məsələ gündəmə gəlir. Üçüncü həmlədə isə Ermənistan Zəngəzur dəhlizini açmaq məcburiyyətində qalacaq”.