Yürüş Mehrəlibəylinin həbs müddəti uzadılıb

by Samir Asadli

Şərqi Azərbaycanın Culfa bölgəsindən olan milli fəal Yürüş Mehrəlibəylinin həbs müddəti uzadılıb.

Bu barədə fəalın yaxınları məlumat yayıblar.

Bildirilib ki, 47 gündür təcridxanada saxlanılan fəalın ittihamı barədə məlumat verlilmir.

Bununla yanaşı, onun ailəsi ilə görüşünə və telefon əlaqəsinə qadağa qoyulub.

Qeyd edək ki, təhlükısizlik məmurları Yürüş Mehrəlibəylini noyabrın 7-i axşam saatlarında həbs ediblər.

Hazırda Təbrizdə təhlükəsizlik təcridxanasında saxlanılan milli fəal bundan əvvəl dinc milli fəaliyyətlərinə görə həbs edilib və bir neçə il həbsdə qalıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK