Zəlzələ Güney Azərbaycanda dağıntılara səbəb olub

by Samir Asadli

Episentri İranın Xoy vilayəti olan zəlzələ nəticəsində təbii fəlakətin baş verdiyi ərazidə dağıntılar qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə “Iranworkers” tviter səhifəsi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar sonucunda Xoy şəhərində elektrik və qaz verilişi kəsilib.

Eyni zamanda, nəşrin məlumatına görə, şəhərdə xəsarət alan vətəndaşlar da var.

Qeyd edək ki, Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK