Zəncanda 700 il yaşı olan tarixi abidə məhv edilir

by Samir Asadli

Zəncanda Elxanlılar dövründə inşa edilmiş 700 yaşı olan Sultaniyyə türbəsi baxımsız qalıb. Tarixi tikili laqeylik üzündən göz qabağında məhv olur.

Bu barədə Tarixi Sultaniyyə Kompleksinin rəhbəri Əbülfəz Ali açıqlama verib.

O, deyib ki, təxminən 14 il əvvəl bərpa olunan günbəzin kirəmitləri keyfiyyətsiz olduöu üçün uçulub dağılır. Hazırda abidə bərbad vəziyyətdədir.

Əbülfəz Ali tarixi abidənin bərpası və qorunması üçün yetərli büdcə vəsaiti ayrılmadığını deyib. Onun sözlərinə görə, baxımsızlıq və laqeydlik üzündən 700 illik tarixi əsər acınacaqlı və adına yaraşmayan durumdadır.

Qeyd edək ki, Sultaniyyə türbəsi Elxanlı sülaləsinin 8-ci hökmdarı Sultan Məhəmməd Olcaytu xanın əmri ilə inşa edilib və 25 iyun 2005-ci ildə YUNESKO tərəfindən qeydə alınıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK