Sentyabrın 20-də Zəncan əyalətinin Sücas şəhərinin cümə imamı Höccət Etibar naməlum şəxs tərəfindən məsciddə güllələnərək öldürülüb.
Qeyd edək ki, son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahiyanı da qorxuya salıb.
O, bir müddət əvvəl molla və cümə imamlarına təhlükə və hücumların artdığını söyləyib.
Fəllahiyan bunun qarşısının alınması üçün onları döyüş sənətlərini, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.