Zəncanda milli fəallara dəstək aksiyası keçirilib

by Samir Asadli

Güney Azərbaycanda həbs edilən milli fəallara dəstək aksiyalarının davamında Zəncan şəhərində təcridxanalarda saxlanılan milli-mədəni fəallara dəstək aksiyası keçirilib.

Məhbus fəalların fotoları olan posterlər şəhər küçələrinin divarlarına yapışdırılıb. ictimai yerlərdə paylanılıb.

Posterlərdə milli fəalların fotoları altında həbsdə olan güneyli reper Milad Cəlilinin (Elşən) oxuduğu mahnının sözləri yazılıb:

“Nə qədrki hakimlik var, məhkumluq var, mən varam
zülmə qarşı üsyankaram, əzilsəmdə susmaram”.

Qeyd edək ki, 9 sentyabrdan başlayaraq Güney Azərbaycanın bir neçə şəhərində, xüsusilə Təbrizdə çox sayda milli fəal həbs edilib.

Onlar Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölmələrinin təcridxanalarına köçürülüblər.

Son günlər onlardan bir neçəsi girov qarşılığında müvəqqəti sərbəst buraxılsa da, bir çoxu həbsdə saxlanılır.

Saxlanılan fəalların ittihamları, həbs səbəbləri barədə məlumat verilmir. Onların ailələri ilə telefon əlaqəsi saxlamalarına da icazə yoxdur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK