Zəncan şəhərində evdə partlayış baş verməsi nəticəsində 3 nəfər həyatını itirib.
O, hadisənin qaz balonunun partlaması nəticəsində meydana gəldiyini, dağılan mənzillə yanaşı ətrafdakı binaların da xəsarət aldığını bildirib.
“Partlayış nəticəsində dağıntıların miqyasına görə ölən və yaralananların dəqiq sayı məlum olmasa da, hələlik iki qadın və bir kişi olmaqla üç nəfərin cəsədi hadisə yerindən çıxarılıb”,- Əmirfəzli ölü sayının artacağı ehtimalını istisna etməyib.