Zəncanda tibb işçiləri etiraz aksiyası keçirdi

by Samir Asadli

Bu gün Güney Azərbaycanın Zəncan şəhərində tibb işçiləri yenidən etiraz aksiyası keçiriblər.

Bu barədə onlar sosial media platformalarında paylaşım ediblər.

Zəncan əyalətinin valiliyi qarşısına toplaaşan etirazçılar “vədə-vəd kifayətdir, süfrələrimiz boşdur” şüarları səsləndiriblər.

Hüquqları və tələblərini əks etdirən palaktlar qaldıran tibb işçiləri bundan sonra da aksiyalarını davam etdirəcəkləri barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, sentyabr ayı ərzində İranın 37 şəhərinin 60 xəstəxanasının minlərlə tibb bacısı etiraz aksiyaları keçiriblər.

Onlar əmək haqlarının az olması, vaxtında ödənilməməsi, əlavə iş saatlarına görə vəsait nəzərdə tutulmaması və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin olunmamasından narazılıq edirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK