Zəncan şəhərində yaşayan milli-mədəni fəal, ekoloq və Azərbaycan dili kurslarının müəllimi Fərhad Hüseyninin taleyi barədə məlumat verilmir.
Zəncanın Azad Universitetində idarəçilik üzrə magistr təhsili alan Fərhad Hüseyni Zəncan əyalətinin mətbuatında, o cümlədən “Bayram” jurnalında müxbir vəzifəsində çalışıb, mədəni-ictimai sahədə məqalələr yazıb.
Əsasən ədəbi və mədəni fəaliyyətləri ilə tanınan F.Hüseyni bir müddət Zəncanın Mədəniyyət Mərkəzində türk dili və ədəbiyyatından dərs deyib.
Qeyd edək ki, sentyabr ayında Güney Azərbaycanın müxtəlif bölgələrində çox sayda fəal həbs edilib.
Əlaqədar dövlət qurumları onların həbs səbəbləri və ittihamları barədə açıqlama vermir.