Sentyabrın 19-u axşam saatlarında təhlükəsizlik məmurları Zəncan şəhərində yaşayan milli-mədəni fəal Fərhad Hüseynini həbs edərək naməlum yerə aparıblar.
Hüseyniyə məxsus sosial media kanalları bağlanıb, onun nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün deyil.
Qeyd edək ki, sentyabr ayında Güney Azərbaycanın müxtəlif bölgələrində çox sayda fəal həbs edilib.
Əlaqədar dövlət qurumları onların həbs səbəbləri və ittihamları barədə açıqlama vermir.