Güney Azərbaycanın Zəncan şəhərindən olan 48 yaşlı siyasi fəal Mehdi Həsəni edam cəzasına məhkum edilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Bildirilib ki, Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsi onu “milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq”, “müxalif təşkilatlara üzv olmaq”da və “yer üzündə fitnə yaymaq”da günahlandırıb.
Qeyd edək ki, təhlükəsizlik məmurları Mehdi Həsənini 11 sentyabr 2022-ci ildə Zəncanda həbs edərək Tehranın Evin həbsxanasının təhlükəsizlik təcridxanasına köçürüblər.
Azərbaycanlı fəal 8 ay təkadamlıq kamerada saxlanılıb, işgəncə edildikdən sonra ümumi bölməyə köçürülüb.
Edama məhkum edilən siyasi fəal 3 övlad atasıdır və siyatik xəstəliyindən əziyyət çəkir.
2023-cü ilin oktyabr ayında həkimlər Mehdi Həsəninin müalicəsi ilə bağlı arayış versələr də, həbsxana rəhbərliyi fəalın müalicəsinə icazə vermir.