Zəngəzur mahalı əski çağlardan bəri Qafan, Gorus, Qarakilsə, Mehri, Zəngilan, Qubadlı və Laçın rayonlarını əhatə edib.
Zəngəzur mahalı əski çağlardan bəri Qafan, Gorus, Qarakilsə, Mehri, Zəngilan, Qubadlı və Laçın rayonlarını əhatə edib.
Azərbaycanın əski oruqlarının (tayfaları) içərisində yer alan Sanqı və yaxud Zəngi, Qamır, Qut, Suvar, Saqa (İşğuz və yaxud İçoğuz) və sair oruqların adları tarixdə qeyd olunmuşdur.
Bir sıra dil mütəxəssislərinə görə Zəngəzurun sonunda gələn “-zur” sonluğu qaya, dağ və divar anlamındadır. Bəzilərinin fikrincə isə dərə anlamındadır.
Zəngi sözü ilə ilgili olan adlara Azərbaycanın çox yerlərində tuş gəlmək olur. O cümlədən, Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngibasar. Zəngilan və Zəngan (Zəncan) və sair bu kimi adları vurğulamaq olar.
Zəngi oruğu Atabəylər və Səfəvilər hakimiyyətində əsas tayfa hesab olunur.
Ziya Bünyadov təlif etdiyi “Azərbaycan Atabəyləri Dövləti” kitabında xəlifə və müsülün (Müsel) çox nüfuzlu Atabəyi olmuş Zəngi ilə olan münasibətdən söz açıb.
Qacar-Rus müharibəsindən sonra bağlanmış anlaşmalara əsasən ikiyə bölünən Azərbaycanın quzey hissəsinin tərkibində yer alan Zəngəzur iyirminci yüzilliyin başlanğıcında qanlı hadisələr görmüşdür.
1918-ci ildə bağımsız dövlət qurmağı bacaramış Quzey Azərbaycanın torpaq sərhədlərində Zəngəzur da yer alıb.
Lakin Birinci Dünya Müharibəsində ərsəyə gələn Britaniya Osmanlı dövlətini parçalamaq planı ilə yanaşı bölgədə Xristian (məsihi) dövlətlərinin yaranması planını da cızmışdır.
Elə bu əsasla Güney Azərbaycanın batısı, başqa sözlə Urmu və çevrəsində olan şəhərlərin yerləşdiyi bölgədə Aşşur dövləti, Quzey Azərbaycan və Osmanlı torpaqlarının doğusunda isə Ermənistan dövlətinin yaradılması qarşıya məqsəd quyulmuşdur.
Britaniya tarixən türk torpaqları olan Türkiyə və Azərbaycan arasında özünə asılı kiçik dövlətlər yaradaraq həmin arakəsici rol oynayacaq kiçik dövlətlərin vasitəsi ilə bu iki ölkənin birləşik coğrafiyasını pozub türklərin ərazi yapışıqlığını pozmaq niyyətində olub.
Britaniya və eyni niyyətli müttəfiq dövlətlər Atatürkün siyasətləri əsasında bu məqsədlərinə Türkiyədə çata bilməsələr də, heç olmasa Zəngəzur planını reallaşdırmaqla bu mahalı Ermənistanın ərazisi tərkibinə qata bildilər.
Britaniyanın Qafqazda Diplomatik Təmsilçiliyinin başçısı general Tamson İrəvanda Ermənistan hökumətinin 1919-cu ilin mart ayında keçirilmiş toplantısında demişdir: “Zəngəzur Erməni Milli Şurası tərəfindən idarə ediləcək.
Ona görə də erməni silahlı dəstələri Azərbaycanın yüzlərlə dinc əhalisini öldürüb etnik təmizləmə siyasəti ilə bölgədən köçməyə məcbur etmişdir. Azərbaycanın milli hökuməti bunların qarşısını müəyyən qədər ala bilsə də çox sayda insan itkisinin qarşısını almağı bacara bilməyib.”
Quzey Azərbaycan 1920-ci ildə Sovet İttifaqı tərəfindən işğala məruz qalır və müstəqilliyini itirir. Həmçinin işğalın davamında ruslar da, İngiltərənin siyasətinə əsasən hərəkət edərək Zəngəzurun idarə edilməsini Ermənistan Respublikasının sərəncamına ötürür.
Beləliklə Azərbaycanın tarixi və strateji önəmə malik bölgəsi onun tərkib hissəsindən çıxarılır. 1990-cı ilin başlanğıcında Sovet İttifaqının dağılması nəticəsində Ermənistan, Qarabağ və ətraf rayonlarda ermənilərin başlatdığı müharibə ilə, Azərbaycan Respublikasının 20 faizdən artıq ərazilərini işğal edib.
Xocalıda soyqırım törətmiş və nəticədə 1 milyondan artıq azərbaycanlının öz yürdlarından məcburi köçmələrinə səbəb olmuşdur.
2020-ci il 44 günlük Qarabağ müharibəsində qələbə çalan Azərbaycan ordusu 30 il işğal altında qalmış torplaqlarını azad edərək Azərbaycan dövləti Rusiyanın nəzarəti ilə 2 ölkə arasında bağlanmış sülh müqaviləsində Zəngəzur dəhlizinin açılması şərtini də qeyd etdirmişdir.
Bir sıra dünya güclərinin marağında olan və böyük yol xəritələrində yer alan Zəngəzur dəhlizi türk dünyası üçün daha gərəkli olmaqla önəmli mahiyyətə malikdir.
Həmin dəhliz və yaxud bölgə türk dünyasını bir birinə bağlayan körpü kimi rola malik olacaq. İran və bir sıra Qərb dövlətləri dəhlizin açılmasına qarşı çıxaraq Azərbaycan və Türkiyə ərazilərinin aralı və qopuq qalması niyyətində olub, bu iki dövlətin hansısa dövlətlərdən asılı olmalarını və böyük yol xəritəsindən kənarlaşdırılmalarını istəsələr də, lakin bölgə güclərinin və türk dünyasının iradəsi ilə həmin dəhliz gerçəkləşdirilə və Azərbaycanın tarixi ərzaisi Naxçıvanı öz doğma yurduna qovuşdurula bilər.
Yazan: Siyamək Mirzai