Zənganda işçilər etiraz aksiyası keçirib

by Samir Asadli

nganda-i-il-r-etiraz-aksiyas-ke-iribl-r-0-1673863724Zənganda yerləşən “Cahan” birtki yağı zavodunun işçiləri əyalət valiliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Azərbaycanlı işçilər uzun müddətdir əmək haqlarının ödənilməməsi və qanunla nəzərdə tutulan başqa xidmətlərdən məhrum edilmələrindən narazılıqlarını bildiriblər.

Qeyd edək ki, son bir il ərzində “Cahan” yağ bitgiləri zavodunun işçilərinin çoxu heç bir kompensasiya ödənilmədən işdən çıxarılıb.

Zəngan əyalətinin Kooperasiya, Əmək və Sosial Rifah Baş direktoru Təyyib Cəfəri işçilərin etirazından sonra media nümayəndələrinə verdiyi açıqlamada onların problemlərinin araşdırılacağını deyib.

O, son dövrlər adı çəkilən zavddan 88 işçinin çıxarıldığını və onların hüquqlarının bərpa olunması üçün zavod rəhbərliyi ilə məsləhətləşmələr aparıldığını bildirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK