Zənganlı fəal həbs cəzasına məhkum edilib

by Samir Asadli

Güney Azərbaycanın Zəncan əyalətinin Hidəc şəhərindən olan ictimai fəal Mehdi Dadgər həbs cəzasına məhkum edilib.

Əbhər şəhərinin 2-ci Cəza Məhkəməsi güneyli fəalı 4 il 3 ay yarım azadlıqdan məhrum edib.

Ona qarşı “peyqəmbəri təhqir etmək” və “vətəndaşları etirazlara sövq etmək üçün yalan məlumatlar yaymaq” ittihamları irəli sürülüb.

Qyd edək ki, Mehdi Dadgərin bacısı Səmanə Dadgərə də 5 il şərti həbs və 74 şallaq cəzası verilib.

Bacı-qardaşlar 2022-ci il sentyabrın 22-də təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq təcridxanaya köçürülmüşdülər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK