Zənganlı fəala ittiham elan olunub

by Samir Asadli

Azərbaycanlı milli-mədəni aktivist Mustafa Kərimi Zəngan rayonu Ümumi və “İnqilab” Prokurorluğu tərəfindən çağrılaraq nədə ittiham olunması izah olunub.

Kərimi İnstaqram səhifəsində dekabrın 18-i bu barədə yazaraq “Sistemə qarşı təbliğatda” ittiham olunduğunu bildirib.

“SEPAH-ın Təhlükəsizlik İdarəsinin şikayəti ilə səhər Zənganın Ümumi və “İnqilab” Prokurorluğunun 2-ci İstintaq Şöbəsində “virtual məkanda sistemə qarşı təbliğat və yalan yayma” üzrə ittiham olunmuşam.

Deyəsən 2 həftə öncə SEPAH-ın Təhlükəsizlik İdarəsinədə istintaqa çəkilməyim bunları qane etməyib.”-deyə Güneyli aktivist açıqlayıb.

Qeyd edək ki, Zəngan şəhəri sakini cənab Mustafa Kərimi sosial məslələr üzrə aktivistdir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK