Zənganlı xanım məhbus qeyri-müəyyən şəraitdə saxlanılır 23.01.2023, 10:42

by Samir Asadli

İctimai fəal Nilufər Şakiri Kərəcin Kəcuyi həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

2022-ci il oktyabrın 11-də Zəngan şəhərində yerləşən şəxsi evlərində təhlükəsizlik məmurları tərəfindən saxlanılan xanımın həbs səbəbi və ittihamları barədə açıqlama verilmir.

“Aylardı ki, qızım həbsxanada saxlanılır. Onun ittihamı barədə açıqlama verilmir. Görüşünə, telefon danışığına və vəkillə təmin olunmasına qadağa qoyulub”, – deyə, Nilufər Şakirinin anası bildirir.

Qeyd edək ki, işgəncə edildiyi üçün Nilufər Şakiri dekabrın 4-də daxili qanaxma səbəbilə xəstəxanaya köçürülüb və normal müalicə olunmadan yenidən həbsxanaya qaytarılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK