Ərdəbildə Azərbaycanlı fəal Mürtəza Pərvinin yüzlərlə plakatı yayılıb.
Yayılan plakatlarda “adağan olumuş rəssam Mürtəza Pərvin” sözləri yazılıb.
Xatırladaq ki, Mürtəza Pərvin bəy 2024-cü ilin sentyabr ayında Tehran İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbulqasim Salavati tərəfindən 6 il həbs cəzasına məhkum edilib.
Eyni hökm 2025-cü il yanvarın 16-da Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən tam şəkildə qüvvədə saxlanılıb.