Ərdəbil şəhərinin 22 kilometrliyində yerləşən Talıb Qışlağı kəndinin sakinləri kənd mərkəzi və Ərdəbil şəhərinin Vəhdət meydanında etiraz aksiyası keçiriblər.
Məlumata görə, etirazçılar kənd ərazisində fəaliyyət göstərən qum və çınqıl mədənlərinin bağlanmasını, təbii ehtiyatların, ekosisteminin məhvinə son qoymağı istəyiblər.
Əsasən heyvandarlıq və əkinçiliklə məşğul olan Talıb Qışlağı kəndinin sakinlərinin sözlərinə görə, bölgədə fəaliyyət göstərən mədənlər məişət və sənaye tullantılarını əkin və otlaq sahələrə buraxmaqla bölgə əhalisinin gəlir mənbələrinin məhvinə səbəb olublar.