Abbas Lisani və Əli Xeyrcu ailələri ilə telefon əlaqəsi saxlayıb

by Samir Asadli

18 noyabr 2025-cü ildə Kəşfiyyat İdarəsinin 209 saylı Həbsxanasına köçürülən Evin Həbsxanasında saxlanılan Azərbaycan Milli Hərəkatının fəalları Abbas Lisani və Əli Xeyrcu 23 noyabr 2025-ci il tarixində ailələri ilə qısa telefon əlaqəsi saxlayıblar.

Məlumata görə, Abbas Lisani və Əli Xeyrcu ilə birlikdə həbsxanaya salınan Yusif Kari və Behzad Dəşti isə hələ də ailələri ilə əlaqə saxlaya bilməyiblər.

Xatırladaq ki, fəallar həbs müddətində döyüldüklərinə və xəsarət aldıqlarına görə ailələri bu dörd fəalın sağlamlığından narahatdırlar.

Qeyd edək ki, Abbas Lisani, Əli Xeyrcu, Yusif Kari və Behzad Dəşti 11 noyabr 2025-ci ildə Evin həbsxanasının qarşısında Azərbaycanlı fəallara qarşı ədalətsiz münasibətə qarşı oturaq etiraz eyləmi keçirən zaman həbs ediliblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK