“Böyük Tehran” həbsxanasında saxlanılan 3 azərbaycanlı məhbus Məhəmmədrza Fəqihi, Mürtəza Pərvin və Mahmud Ocaqlu Urmu gölünün qəsdən qurudulmasına etiraz olaraq simvolik aclıq aksiyası keçirəcəklər.
Aclıq aksiyasının simvolik olaraq 48 saat davam edəcəyi bildirilsə də, onun başlamasının dəqiq vaxtı hələ müəyyən edilməyib və yaxın günlərdə elan edilməsi planlaşdırılır.
Məhbus fəallar Urmu gölünün kritik ekoloji vəziyyətinə toxunaraq, onun qurumasını təbii şəraitin nəticəsi deyil, daha çox İslam Respublikası hökumətinin son illərdəki yanlış siyasəti və məqsədyönlü səhlənkarlığının nəticəsi hesab ediblər.