Bəhram İbrahimpur Marağa Həbsxanasına köçürülüb

by Samir Asadli

Əcəbşir Şəhristanı İnqilab Məhkəməsi tərəfindən əvvəllər iki il həbs cəzasına məhkum edilmiş Azərbaycan fəalı Bəhram İbrahimpur cəzasını çəkmək üçün Marağa Həbsxanasına köçürülüb.

Bəhram İbrahimpura qarşı “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “yalan yaymaqla ictimai rəyi çaşdırmaq” ittihamları ilə hökm oxunub.

Təqsirləndirilən şəxsin etiraz bildirməməsi səbəbindən ilkin hökm qəti olub və icra üçün Cəza İcra Bölməsinə göndərilib.

Xatırladaq ki, Əcəbşir Şəhristanı sakini Bəhram İbrahimpur əvvəllər 19 aprel 2025-ci ildə İctimai və İnqilab Prokurorluğunun Birinci Şöbəsində ifadə verildikdən sonra məhkəmənin sonuna qədər 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK