Şahin Muradinin müəllifi olduğu “Dəli Domrul” tamaşası Təbrizdə böyük maraqla qarşılanıb
Tamaşada Azərbaycan epik poeziyasından, musiqisindən və rəqsindən istifadə izləyiciərin böyük marağına səbəb olub.
“Dəli Domrul pyesi mifoloji-folklor hekayəsidir, əsər azərbaycanlı türklərin mifləri üzərində qurulub. Mən çoxdan istəyirdim ki, bu hekayəni səhnəyə çıxarım və hamı dürüstlüyün, əsl sevginin şahidi olsun. Bilirdim ki, bu tamaşa izləyicilər tərəfindən çox yaxşı qarşılanacaq. Çünki Dəli Domrul hekayəsi “Dədə Qorqud” kitabında ən çox diqqət çəkən povestlərdən biridir. Əsərin üstünlüyü ondan ibarətdir ki, o, mifologiya elmində mövcudluğun əsas suallarını, yəni bəşəriyyətin ölüm, sevgi, iman, dürüstlük və fədakarlıqla əlaqəsini həll edir.” – deyə Şahin Muradi bildirib.
Tamaşanın xalq tərəfindən maraqla qarşılanmasına gəlincə, o, bunun onlara motivasiya və ruh verdiyini deyib.