Duz fırtınası xəbərdarlığı; Azərbaycan ekoloji fəlakət astanasındadır

by Samir Asadli

 Urmu gölünün ətrafından yayılan görüntülər Urmiya gölünün quruması ilə əlaqədar duz fırtınasının başladığını göstərir.

Urmu gölünün böyük bir hissəsinin quruması və yatağının duzlu bataqlığa çevrilməsi ilə əlaqədar ekologiya mütəxəssisləri əvvəllər duz fırtınalarının başlaması və onun Güney Azərbaycanda və qonşu bölgələrdə milyonlarla insan üçün təhlükəli nəticələri barədə xəbərdarlıq etmişdilər.

Mütəxəssislərin fikrincə, bu tendensiya davam edərsə, duzlu toz bölgədə əhalinin sağlamlığına, kənd təsərrüfatına, sosial həyatına ciddi təhlükə yaradacaq və sakinlərin məcburi köçü ehtimalı artacaq. Onlar vurğulayırlar ki, fəlakətin qarşısını almaq üçün gölə lazım olan minimum su ilə təmin etmək və dərhal bərpa proqramlarını həyata keçirmək lazımdır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK