Salmas Kəşfiyyat İdarəsi tərəfindən Güney Azərbaycanlı Hüseyn Hacızadə saxlanılıb.
Kəşfiyyat Nazirliyinin vətəndaşların mobil telefonlarını müsadirə etdiyini bilən Hüseyn Hacızadə bəy telefonu nazirliyin əlinə düşməsin deyə onu qabaqcadan sındırıb.
Həbsdən sonra məmurlar onu Salmas Kəşfiyyat İdarəsinə təhvil veriblər və dindirilmə zamanı o ağır fiziki işgəncələrə məruz qalıb.
Məlumatlı mənbələrin bildirdiyinə görə, zabitlər Hüseyn Hacızadəyə təpiklə zərbələr endirib, nəticədə o, başından və bədəninin digər nahiyələrindən ağır xəsarətlər alıb, nəticədə onun başına on bir tikiş vurulub.
Hüseyn Hacızadə həmin gecə azadlığa buraxılsa da, azadlığa çıxmazdan əvvəl məmurlar onu hadisəni ictimailəşdirəcəyi təqdirdə daha sərt tədbirlərlə hədələyiblər. O, hazırda tibbi yardım alır, ona və ailəsinə isə təzyiqlər davam edir.