Qoşaçaylı Məhəmməd Həsən Rəhimidən beş aydır xəbər yoxdur
Yaxınlarının və yerli əhalinin verdiyi məlumata görə, onun yoxa çıxmasından sonra ilk günlərdə bəzi yerli sakinlər və qeyri-rəsmi şəxslər onun kəşfiyyat qüvvələri tərəfindən həbs olunduğunu elan ediblər. Lakin təhlükəsizlik orqanlarından heç biri onun həbsinə görə məsuliyyəti rəsmi olaraq üzərinə götürməyib.