Millət vəkili Urmu gölü ilə bağlı xəbərdarlıq etdi

by Samir Asadli

Urmu gölünü bərpa etməyə məhkumuq, çünki bu, milli tələbdir.

Bunu Urmiyanın İran parlamentindəki nümayəndəsi Salman Zakir iyulun 30-da parlamentin açıq iclasındakı çıxışındadeyib.

“Ətraf mühitin qorunması ictimai vəzifədir və milli böhran olan Urmu gölü problemi ilə bağlı tədbirlərin görülməsi vacibdir”,- o əlavə edib.

Salman Zakir Urmu gölünün qurumasının bərpası mümkün olmayan maddi və insani ziyana səbəb olacağı barədə yenidən xəbərdarlıq edib.

Qeyd edək ki, rəsmi məlumata görə, hazırda Urmu gölündə su miqdari təxminən 1 milyard kubmetr civarındadır və bu tendensiyanın davam edəcəyi təqdirdə yayın sonuna kimi gölün tamamilə quruyacağı proqnozlaşdırılır.

Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr olmalıdır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK