“Traktor” İran çempionatının (Pro Liqa) növbəti turunda öz meydanında “Qol-Qohər”ə qalib gəlib.
Qeyd edək ki, bu qələbə Məhəmməd Rəbiinin rəhbərliyi altında “Traktor”un çempionatdakı ilk uğuru olub. Bu nəticədən sonra xallarının sayını 39-a çatdıran Təbriz təmsilçisi müvəqqəti olaraq turnir cədvəlinin liderliyinə yüksəlib. “Qol-Qohər” isə 36 xalla 4-cü pillədə qalıb.